Kömək
Tez-tez verilən suallar
Ən çox soruşulanları bir yerə topladıq. Cavabını tapmasanız, bizə yazın — həvəslə izah edərik.
Heç bir təcrübəm yoxdur, başlaya bilərəmmi?
Bəli. Kurs tam sıfırdan başlayanlar üçün qurulub. Nə 3D proqram təcrübəsi, nə də zərgərlik biliyi tələb olunur. Yalnız kompüterdən sərbəst istifadə bacarığı kifayətdir.
Kurs neçə ay davam edir və cədvəl necədir?
Kurs 3 ay davam edir. Həftədə 3 dərs keçirilir, hər dərs 60–80 dəqiqə çəkir. Dəqiq cədvəl və başlama tarixi üçün «Dərs qrupları» bölməsinə baxın.
Qiymət nə qədərdir, səviyyələr ayrıca satılır?
Kurs 3 səviyyədən ibarətdir: Başlanğıc 700 AZN, Orta 700 AZN, Peşəkar 650 AZN. İstədiyiniz səviyyədən başlaya bilərsiniz — hər biri ayrıca ödənilir. Üçünü birlikdə istəyirsinizsə, tam kurs 1800 AZN-dir (ayrıca alışdan 250 AZN sərfəli) və tam ödəniş tələb olunur. Daxili hissəli ödəniş təklif etmirik; bank kartınız varsa, ödənişi öz bankınızda aylara böldürə bilərsiniz — taksit müqaviləsi bank ilə bağlanır. Sertifikat qiymətə daxildir.
Kursu bitirdikdən sonra nə edə bilərəm?
Bir neçə yol: zərgərlik emalatxanalarında 3D dizayner kimi işə düzəlmək; fərdi çalışan zərgərlərin sifarişlərini hazırlamaq; online platformalarda (Fiverr, Upwork və s.) freelance xidmət göstərmək; 3D satış platformalarında öz hazırladığınız modelləri satmaq.
Hansı proqram öyrədilir?
GemVision Matrix — zərgərlik istehsalının sənaye standartlarından biri. Parametrik alətləri, qaş səpmə avtomatlaşdırması və istehsala hazırlıq imkanları ilə başlanğıc üçün idealdır.
Dərslər online, yoxsa ünvanlı keçir?
Hər iki format mümkündür. Ünvanlı dərslər Bakıda, İçəri Şəhərdəki mərkəzimizdə keçirilir. Online qruplar üçün canlı dərslər və dərs yazıları təqdim olunur. Sizə uyğun formatı qeydiyyat zamanı seçirsiniz.
Hansı kompüter lazımdır?
Windows 10/11, ən azı 16 GB RAM, ayrıca qrafik kart tövsiyə olunur. Ünvanlı dərslərdə mərkəzin kompüterlərindən istifadə edə bilərsiniz.
Sertifikat verilirmi və necə yoxlanılır?
Bəli. Kursu tamamlayan hər tələbəyə CevahirART sertifikatı verilir. Sertifikatın üzərindəki seriya nömrəsi və ya QR kod ilə istənilən vaxt saytımızın «Sertifikat yoxlama» bölməsindən onun həqiqiliyini təsdiqləmək olur.
Sualınıza cavab tapmadınız?
Zəng edin və ya yazın — bazar ertəsi – şənbə, 10:00 – 20:00 cavabdayıq.